Yaşayış zonasında “drift” edib ictimai asayişi pozan sürücü 77MN211 VİDEO

03.12.2024

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paytaxtın Xətai rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün görüntüsü sosial şəbəkədə paylaşılıb.

Avtosfer.az-ın məlumatına görə, 77-MN-211 dövlət nömrə nişanlı “Lada” markalı avtomobilin sürücüsü yaşayış zonasında sərt manevrlər edib. Belə ki, o, yaşayış zonasında bir neçə dəfə “drift” edib və bu zaman dostları sürücünü lentə alıblar. Eyni zamada gecə saatlarında “hoqqa” çıxaran sürücü ictimai asayişi pozub.

Qeyd edək ki, sürücünün törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən nizamlanır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью