Yaşayış zonasında tozu dumana qatan vəsiqəsiz sürücü 99 UH 937 VİDEO

04.06.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paytaxtın Sabunçu rayonunda yol hərəkəti qaydalarını pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, 99-UH-937 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü yaşayış yerində təhlükəli manevrlər edib. Kadrdan da göründüyü kimi, o, maşını dəfələrlə fırladaraq “şou” göstərib. Qeydə alınmış digər görüntüdə sürücü yenə də yaşayış zonasında “sağ-sol” edib və park edilmiş maşınlara qəza şəraiti yaradıb.

Qeyd edək ki, qayda pozan sürücü sürücülük vəsiqəsi olmadan idarə etdiyini bildirib. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью