Yasda iştirak edən qadın qəfil öldü

10.05.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Mingəçevirdə yas məclisi zamanı ölüm hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Təbriz küçəsində yerləşən mərasim zalının önündə baş verib.

Belə ki, 1964-cü il təvəllüdlü  Bəhramova Solmaz Abdulla qızı yas məclisində iştirak edən zaman ölüb. 

Qəfil ölümün səbəbi hələki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью