Yaşı 36 nı ötən qadınların əksəriyyəti düşünür ki.... Maraqlı araşdırma

01.02.2025

Icma.az bildirir, Olke.az portalına istinadən.

36 yaşına çatan qadınların əksəriyyəti düşünür ki, dəbdə olan paltarlar gənc nəsil üçün hazırlanıb.

Ölkə.Az xəbər verir ki, bu barədə "Onepoll" araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki, qadınların 75%-i əsas trendlər və satış nöqtələrinin daha gənc yaşda olanlara xidmət etdiyini fikirləşir.

39% qadın isə düşünür ki, yaşlandıqca özlərinə uyğun paltarlar tapmaqda çətinlik çəkirlər və bu da onların özlərini "görünməz" hiss etməsinə səbəb olur.

Qadınların 37%-i hesab edir ki, onların başqaları tərəfindən görünməməsinin, yəni gözəgörünməz hiss etmələrinin səbəbi xarici görünüşlərindəki dəyişiklərlə bağlıdır.

Billurə
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью