Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yaşıl çay çox zaman çəki artımının qarşısını alan və hətta kalorini yandıran içki kimi təqdim olunur.
İnternetdə onun tərkibindəki komponentlərin genləri yenidən proqramlaşdırdığı və maddələr mübadiləsini sürətləndirdiyi barədə iddialar yayılıb.
BAKU.WS-in məlumatına görə, Perm Milli Tədqiqat Politexnik Universitetinin "Kimya və biotexnologiya" kafedrasının dosenti, farmasevtika elmləri namizədi Anastasiya Boteva bu fikirlərin mif olduğunu bildirib.
Alimin sözlərinə görə, yaşıl çay doğrudan da kofein, katexinlər və teanin adlı amin turşusu ehtiva edir, bunlar stimullaşdırıcı və antioksidant təsirə malikdir.
Lakin onların maddələr mübadiləsinə təsiri o qədər zəifdir ki, fastfud və şirniyyatların orqanizmə zərərini kompensasiya edə bilmir.
"Bitkilərin və insanların genetik sistemləri uyğun deyil. Həzm prosesi zamanı istənilən DNT - o cümlədən çay DNT-si tam şəkildə nukleotidlər
Buna görə də o, bizim genlərimizə heç bir təsir göstərmir",- deyə Boteva izah edib.