Yaşıl Dəhliz Birliyi Birgə Müəssisəsinin təsis müqaviləsi imzalanıb

27.12.2024

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan, Qazaxıstan və Özbəkistanın milli elektrik enerjisi şirkətləri arasında “Yaşıl Dəhliz Birliyi” adlı Birgə Müəssisənin təsis müqaviləsi imzalanıb.

APA-Economics” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.

“Qərargahı Bakıda yerləşəcək Birgə Müəssisə “Azərbaycan - Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsində və regionun enerji gələcəyinin formalaşdırılmasında mühüm addımdır”- deyə paylaşımda qeyd edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью