YAŞIL DİPLOMATİYA”NIN MÖHTƏŞƏM QƏLƏBƏSİ Komitə sədrinin məqaləsi AzPolitika onlayn siyasii…
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Sadiq QURBANOV,Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədriCOP29 Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu bir daha nümayiş etdirdi və qlobal müzakirələrin mərkəzinə çevrildi.
Bu konfrans Azərbaycan üçün təkcə ətraf mühit məsələlərində deyil, həm də beynəlxalq siyasətdə öz mövqeyini gücləndirmək baxımından əlamətdar hadisə kimi tarixə düşdü.Azərbaycana olan hörmətin əlamətiAzərbaycanda ekoloji mühitin qorunması və sağlamlaşdırılması dövlət siyasətində hər zaman prioritet məsələlərdən biridir.
Vaxtilə Ulu Öndər Heydər Əliyev respublikamızda ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib.
Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndərin fəaliyyəti dövründə ölkəmizdə ekoloji vəziyyət həmişə diqqət mərkəzində olub.
Ümummilli Liderin uzaqgörən siyasəti, o cümlədən ekologiya sahəsində verdiyi tövsiyələr bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır.
Həmin siyasətin uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmiz iqlim dəyişmələrinə qarşı həyata keçirilən qlobal mübarizənin liderlərindən biridir.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, COP29-a evsahibliyi etmək üçün yekdil qərarla seçilməyimiz həqiqətən böyük şərəfdir.
Tam oxu
Xəbəri oxu