“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Oğuzda 10 300 ədəd ağac əkilib

30.12.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Oğuz rayonunda ağacəkmə aksiyaları davam edir.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, aksiya 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi ərəfəsində keçirilib.

Belə ki, cari il ərzində rayonun ayrı-ayrı ərazilərində ümumilikdə 10 300 ədəd ağac əkilib.

Bu ağaclardan 4 minə yaxını iynəyarpaqlı, qalanı isə meyvə ağacları olub.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью