Yaşıl energetikaya zərbə: ABŞ günəş panellərinə 3521% ə qədər tarif tətbiq etdi

22.04.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

ABŞ Cənub-Şərqi Asiyanın dörd ölkəsindən günəş enerjisi ilə işləyən avadanlıqlara 3521%-ə qədər yeni tariflər tətbiq edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bu tədbirin bir tərəfdən yerli analoji mal istehsalçılarının xeyrinə olacağı gözlənilsə də, digər tərəfdən, əksinə - ölkədə bərpa olunan enerjinin inkişafı üçün maneə törətmək təhlükəsi yaradır.

Tariflər günəş avadanlığı istehsalçılarının ədalətsiz olaraq hökumət subsidiyalarını aldığı və ABŞ-yə məhsullarını istehsal dəyərindən aşağı qiymətlərlə göndərdiyi məlum olduqdan sonra tətbiq edilib. Araşdırma keçmiş prezident Co Baydenin dövründə ABŞ-nin günəş enerjisi istehsalçıları tərəfindən başladılıb. Tariflər ABŞ-nin anoloji avadanlıq istehsalçılarını dəstəkləmək üçün nəzərdə tutulub, lakin onlar həm də uzun müddətdir ucuz idxala arxalanan yerli istehsalçılara zərər verəcək. Nəticədə Vaşinqtonda siyasi dəyişikliklərdən əziyyət çəkən sənayedə qeyri-müəyyənlik artacaq.

Yeni tariflər Donald Trampın artıq tətbiq etdiyi qlobal bazarları və tədarük zəncirlərini sarsıdan rüsumlara əlavə olacaq.

Qeyd edək ki, 2024-cü ildə ABŞ dörd ölkədən 12.9 milyard dollar dəyərində günəş enerjisi avadanlığı idxal edib ki, bu da bu seqmentdə ümumi idxal həcminin 77%-ni təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью