Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Xətai rayonunda yol hərəkəti qaydalarını pozan piyada kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl 8 Noyabr prospektində qeydə alınıb.
Videodan görünür ki, gənc oğlan işıqforun qadağanedici işığında piyada keçidindən yolu keçib. Bununla da o, həm öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atıb.
Maraqlı məqam isə sürücülərin hərəkət üçün yaşıl işıq yanmasına baxmayaraq dayanaraq qayda pozan piyadaya yol verməsi olub.
Xatırladaq ki, svetoforla tənzimlənən piyada keçidlərində piyadalar yalnız onlar üçün icazəverici işıq yandıqdan və nəqliyyat vasitələrinin dayandığına əmin olduqdan sonra yolu keçməlidirlər.
Nərmin