Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır. Yaşıl Kart Sistemi çərçivəsində ölkə xaricinə yüksək məbləğdə sığorta ödənişi həyata
79 min 680,56 manat (43 min 98,53 avro) məbləğində sığorta ödənişi Almaniyanın Dortmund şəhərində Azərbaycan Yaşıl kartı olan Qazaxıstan döv
Bu barədə XQ-yə İcbari Sığorta Bürosundan məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanvar–sentyabr ayları ərzində Azərbaycan Yaşıl Kart
Həmin sığorta hadisələrinə görə, ümumilikdə, 998 min 846 manat ödəniş həyata keçirilib.
Xatırladaq ki, Yasil Kart Sistemi üzv büroların qarşılıqlı zəmanəti əsasında, avtonəqliyyat vasitələri ilə xarici ölkələrə səfər edən sürücülərin mülki məsuliyyətini sığortalayan vahid təminat sistemidir.
Sistemin məqsədi xarici avtonəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərin tələblərinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyi ilə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq tənzimlənməsidir.
Yeri gəlmişkən, Azərbaycanın İcbari Sığorta Bürosu 2016-cı ildən Beynəlxalq Bürolar Şurasına üzv olmaqla əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərir və Beynəlxalq Yaşıl Kart Sistemində ölkəmizi təmsil edir.
2023-cü il yanvarın 1-dən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə də Azərbaycan yaşıl kartlarının satılması təmin edilir.