Yaşıl lobyanı çox bişirməyin Yumşalır və rəngi dəyişir

18.08.2026

Icma.az, Medicina portalına istinadən məlumat yayır.


Yaşıl lobyanın yumşaq və dadsız olmasının əsas səbəbi onu uzun müddət bişirməkdir.

Medicina.az xəbər verir ki, duzlu qaynar suda 4-6 dəqiqə bişirmək kifayətdir. Daha yumşaq istəyirsinizsə, 8 dəqiqəyə qədər bişirə bilərsiniz.

Buxarda bişirərkən 5-8 dəqiqə, təzyiqli qazanda isə 3-5 dəqiqə kifayətdir.

Dondurulmuş lobyanı isə qaynar suda 2-3 dəqiqə bişirib tavada qovurmaq olar.

Ən vacib məqam isə budur: bişdikdən sonra lobyanı 1-2 dəqiqə buzlu suya salın. Bu, bişmə prosesini dayandırır və yaşıl rəngini, xırtıldayan quruluşunu qoruyur.

Xanım,

Medicina.az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью