Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sesar Aspilikueta tezliklə yaşıl meydanı tərk edəcək.
"Football-plus.az" xəbər verir ki, “Sevilya”nın təcrübəli futbolçusu peşəkar karyerasını başa vuracaq. 36 yaşlı müdafiəçi bu barədə öz sosial şəbəkə hesabında məlumat yayıb. İspaniya yığmasının sabiq üzvü mövsümün sonunda karyerasını başa vuracağını bildirib.
Əsasən “Çelsi”dəki parlaq çıxışı ilə tanınan Sesar London klubu ilə iki dəfə İngiltərə çempionatının, bir dəfə Çempionlar Liqasının qalibi olub. O, “Osasuna”, “Atletiko” və “Marsel”də də oynayıb.