“Yaşıl turizm: ətraf mühit və biz” seminar

08.04.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə rayonun İnçə-Zunud kənd tam orta məktəbində şagirdlərin ekoloji maarifləndirilməsi məqsədilə “Yaşıl turizm: ətraf mühit və biz” mövzusunda seminar keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, seminarda “Yaşıl enerjinin ekoloji davamlılıq üzərindəki təsiri və gələcək inkişaf imkanları”, “Dəyişən iqlim, dəyişməyən laqeydlik”, “Şəki turizmini şərtləndirən amillər” mövzularında məruzələr dinlənilib.

Seminarda Şəki Regional Elmi Mərkəzinin Landşaftşünaslıq və Ekoloji coğrafiya şöbəsinin əməkdaşları, İnçə-Zunud kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью