Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı metrosunun inkişafında mühüm dönüş nöqtələrindən biri olan Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi artıq real icra mərhələsinə keçib. Bu layihə təkcə xətlərin fiziki ayrılması deyil, 6 əsas komponentdən ibarət kompleks yanaşmadır. AZƏRTAC layihə çərçivəsində tikinti işləri həyata keçirilən yeni tunellərin inşası və "28 May-Cəfər Cabbarlı" stansiyaları arasında yeni piyada tuneli barədə ətraflı məlumatların yer aldığı videomaterialı təqdim edir.