Yaşıl zonada şirkətlər: təbiətə nə vəd edilir ? | Icma.az
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bir neçə gündür ki, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu Tərəflər Konfransı işə başlayıb.
COP29 tədbirlərinin böyük əksəriyyəti Yaşıl zonada keçirilir.
Yaşıl zona, müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor, media işçiləri, alimlər, gənclər, yerli icmalar, QHT-lər, vətəndaş cəmiyyəti və rəsmi Mavi zona nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gələrək ünsiyyət qura biləcəyi məkandır.
COP29 Sədrliyi tərəfindən təşkil və idarə olunan Yaşıl zona müxtəlif iştirakçıların öz baxışlarını bölüşə bilmələri üçün dinamik platformadır.
Bu zona cari innovasiyaların, eləcə də iqlim dəyişmələri ilə mübarizə üzrə potensial həll variantlarının təqdim edilməsinə dair müzakirələr, panellər və əyani nümayişlər üçün mərkəz funksiyasını yerinə yetirir.
COP29 Sədrliyinin rəhbərliyi altında olan Yaşıl zonanın təşkilində konseptual məqsəd iqlim dəyişmələri ilə mübarizə sahəsində dövlət qurumları ilə bütün maraqlı tərəflər arasında mühüm əməkdaşlıq əlaqələrinin qurulmasıdır.
Burada maraqlı tərəflər iqlim dəyişmələri ilə mübarizə sahəsində öz innovativ həll variantlarını təqdim etmək və prosesə töhfə vermək imkanı əldə edirlər.
Tam oxu
Xəbəri oxu