“Yaşılçam”ın məşhur aktyoru öldü

02.02.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə kinosunun “Yaşılçam” dövrünün tanınmış aktyoru Nəcdət Kökeş vəfat edib.

Kult.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Bildirilib ki, aktyor son vaxtlar ağciyərində yaranan problemlərlə bağlı traxeostomiya əməliyyatı keçirib. O, bu gün 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, N. Kökeş kino karyerasına 1970-ci ildə çəkilmiş “Bütün sevgilər şirin başlayır” filmi ilə başlayıb. Karyerası ərzində təxminən 100 filmdə rol alan aktyor xüsusilə Cüneyt Arkınla birlikdə çəkildiyi “Battal Qazi” filmlində canlandırdığı “Zıpzıp” obrazı ilə tanınıb.

Aktyor həmçinin “Dəli Domrul”, “Şaban əsgərdə”, “Xaqanlar toqquşur” (Hakanlar çarpışıyor), “Ləbləbi tozu” və “Avropalı” kimi filmlərdə də rol alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью