Yaşıllıqlar insan sağlamlığına xidmət edir

22.10.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsveçdə aparılan araşdırma evin yaxınlığında yaşıllıq sahələrinin olmasının demensiya (yaddaş və düşünmə qabiliyyətinin zəifləməsi) riskinin daha aşağı olması ilə əlaqəli olduğunu üzə çıxarıb.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, tədqiqatda təxminən 3 min nəfər 16 il ərzində izlənilib.

Nəticələr göstərib ki, evin yaxınlığında yaşıllıq sahələrinin olması demensiya riskinin 20 faiz aşağı olması ilə əlaqəlidir.

Bu əlaqə xüsusilə evdən 100 metr məsafədə yerləşən ağac və bitkilərin olduğu ərazilərdə daha güclü müşahidə edilib.

Stokholm Universiteti və Karolinska İnstitutunun alimlərinin apardığı araşdırma “Alzheimer’s & Dementia” jurnalında dərc olunub.

Tədqiqat zamanı iştirakçıların yaşadıqları evlərin ətrafındakı bitki örtüyü araşdırılıb, onların yaddaş və düşünmə qabiliyyətləri, eləcə də demensiyanın inkişafı izlənilib.

Alimlərin fikrincə, yaşıllıq ərazilərində yaşamaq stressi azalda, insanların psixoloji vəziyyətini yaxşılaşdıra, fiziki aktivliyini və sosial ünsiyyətini artıra bilər.

Bu, həmçinin yuxu keyfiyyətinə müsbət təsir göstərə bilər. Bundan başqa, yaşıllıq sahələri nəqliyyatın yaratdığı səs-küyün, havanın çirklənməsinin və həddindən artıq isti havanın sağlamlığa mənfi təsirini azaltmağa kömək edə bilər.

Qeyd edək ki, Avropa İttifaqında 2025-ci ildə demensiya ilə yaşayan insanların sayının 9 milyon olduğu təxmin edilir. Bu rəqəmin 2050-ci ilə qədər 14 milyonu ötəcəyi gözlənilir.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью