Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Lalə Azərtaşın aparıcısı olduğu "Təsir Dairəsi" verilişinə gələn qadın 24 oğlunun 50 yaşlı qadın ilə evlənməsindən danışıb.
O, övladının nikahına qarşı olduğunu bildirib. Oğlu isə studiyaya gələrək, qadını sevdiyini, ondan ayrılmayacağını deyib və bunun üçün hətta
Oğlan bir dəfə evli olub ayrıldığını, anasının ilk xanımı ilə də yola getmədiyini və ayrılıqlarına səbəb olduğunu qeyd edib.
Sözügedən hadisə sosial şəbəkələrdə müzakirə və tənqid olunub. Müzakirə əsasən kişinin özündən xeyli yaşlı qadınla evlənməsi olub.
Bəzi sosial şəbəkə istifadəçiləri isə eyni münasibətin özündən xeyli kiçik qadınlarla evlənən kişilərə göstərilmədiyinə etiraz edib.
“Cebheinfo.az”a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, iki şəxsin ailə qurması və ya münasibət yaratması tərəflərin istəyidir.
Psixoloq qeyd edib ki, başqaları şəxsi həyatda tərəf ola bilməzlər: “İnsanların şəxsi həyatlarının müzakirə mövzusu olmasının tərəfdarı deyiləm.