Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xalq artisti Tariyel Qasımov “Kanal S” televiziyasına müsahibəsində həmkarı Yasin Qarayevlə arasında illər əvvəl yaşanan qalmaqaldan danışıb:
"Teatrımıza təzə direktor gəlmişdi. Sonradan məlum oldu ki, Yasinlə arvad tərəfdən qohumdurlar. Direktor iclas keçirdi və dedi ki, yaşı 65-dən yuxarı olanlar öz ərizələri ilə işdən çıxsınlar. Yasin mənə dedi ki, gəl, ikimiz də ərizə yazaq. Oturduq, guya ikimiz də yazırıq. Mən həqiqətən ərizə yazdım, amma sən demə, o yazmayıbmış. Ertəsi gün əmr verildi ki, Tariyel Qasımov öz xahişi ilə işdən azad olunsun. Yasin isə işdə qaldı və bu gün də teatrda çalışır. Hazırda onun 80 yaşı var”.
Mövzu ilə bağlı Adalet.az-a danışan aktyor Yasin Qarayev belə məsələlərə vaxt ayırmadığını söyləyib:
“Belə bir şey olmayıb. Bu, çox cılız söhbətdir. Ümumiyyətlə, bu və bu kimi mövzulara reaksiya vermirəm. Mən sənətimlə məşğulam. Hazırda teatrda yeni tamaşa üçün məşqlər edirik”.
Əntiqə Kərimzadə