“Yaşla əlaqədar təqaüdə çıxmışam” Etibar Mirzəyev

14.02.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Yaşla əlaqədar olaraq təqaüdə çıxmışam”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında fövqəladə hallar nazirinin vəzifəsindən azad olunan müavini, general-leytenant Etibar Mirzəyev deyib.

O bildirib ki, 20 ildir sözügedən vəzifədə çalışıb:

“Buna görə cənab Prezidentə böyük minnətdarlığımı bildirirəm. Bundan sonra dövlət başçısının daxili və xarici siyasətini dəstəkləyir və ömrümün sonuna qədər onun əsgəriyəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью