Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mütəxəssis dərinin gəncliyini qorumaq və yaşlanma əlamətlərini azaltmaq üçün istifadə olunan əlavələr barədə danışıb.
Moderator.az “Cursor”a istinadən xəbər verir ki, tanınmış plastik cərrah bu məqsədlə ən faydalı əlavələrdən birinin kollagenolduğunu açıqlayıb. Onun sözlərinə görə, bu zülal dərinin elastikliyinin qorunmasında mühüm rol oynayır.
Kollagen dərinin elastikliyinin qorunmasında, oynaqların sağlamlığında, saç və dırnaqların möhkəmliyində mühüm rol oynayan zülaldır. Yaş artdıqca orqanizmdə kollagen istehsalı azalır və bu, dəridə qırışların yaranmasına, elastikliyin itirilməsinə səbəb ola bilər.
Kollagen niyə vacibdir?
Kollagen dərinin möhkəm və elastik qalmasına kömək edir. Bundan başqa, oynaqların və sümüklərin sağlamlığını dəstəkləyir, saç və dırnaqların vəziyyətinə də təsir göstərir.
Mütəxəssislər kollagen əlavəsi seçərkən hidrolizə olunmuş formaya üstünlük verməyi tövsiyə edirlər. Bu növ kollagenin orqanizm tərəfindən daha asan mənimsənildiyi bildirilir. Toz və kapsul formasında olan əlavələrdən istifadə etmək mümkündür.
Mənbədə gündə 5-10 qram kollagen qəbulunun tövsiyə edildiyi qeyd olunur. C vitamininin də kollagenin orqanizmdə sintezində mühüm rol oynadığı vurğulanır.
Mütəmadi kollagen qəbulunun dərinin nəmliliyini və elastikliyini yaxşılaşdırmağa, qırışların görünüşünü azaltmağa, həmçinin saç və dırnaqları möhkəmləndirməyə kömək edə biləcəyi bildirilir.