Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Tibb və biotexnologiya sahəsində gələcəkdə istifadə olunması nəzərdə tutulan yeni üsullardan biri də insanların gənc və sağlam immun hüceyrələrinin dondurularaq uzun müddət saxlanılmasıdır.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, ABŞ mərkəzli “Reservoir” şirkəti bu məqsədlə hüceyrə bankçılığı xidmətinə başlayıb.
Şirkət insanların gənc yaşda toplanan sağlam immun hüceyrələrini donduraraq gələcəkdə istifadə olunmaq üçün qoruyur.
Mütəxəssislər bildirirlər ki, yaş artdıqca immunitet sistemi zəifləyir. Buna görə də gənc yaşda götürülən hüceyrələrin saxlanılması gələcəkdə yeni müalicə üsullarının tətbiqi üçün əhəmiyyətli ola bilər.
Kriogen şəraitdə dondurularaq qorunan hüceyrələrin gələcəkdə fərdiləşdirilmiş xərçəng müalicəsində, gen terapiyasında, kök hüceyrə tətbiqlərində və hüceyrələrin yenilənməsinə yönəlmiş müalicə üsullarında istifadə edilməsi nəzərdə tutulur.
İmmun hüceyrələrinin toplanması və dondurulmasının ilkin qiyməti 2 500–5 000 dollar arasında dəyişir. Hüceyrələrin saxlanılması üçün isə hər il əlavə olaraq təxminən 300–500 dollar ödəniş tələb olunur.
Qeyd edək ki, bu hüceyrələrin gələcəkdə hansı müalicələrdə və nə dərəcədə effektiv istifadə ediləcəyi tibbi texnologiyaların inkişafından asılıdır.
Gülər Həsənli
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin