Yaslarla bağlı qadağalar geri qayıdır? Artıq zamanı çatıb... | Icma.az
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Evlərdə keçirilən yas mərasimləri ilə bağlı zaman-zaman mənfi xəbərlər alırıq – ya kütləvi zəhərlənmələr olur, ya da eyvan çökür, insanlar xəsarət alırlar və sair.
Pandemiya dövründə yas və toylar barədə qadağalar mövcud idi. Təbii olaraq, faciəvi hadisələr də olmurdu.
Bu baxımdan, xüsusilə mərasimə gələn insanların sayını azaltmaq, süfrədə daha az qida məhsullarına yer vermək müzakirə obyektidir.
Yas mərasimləri ilə bağlı qadağalar yenidən tətbiq edilə bilərmi?
Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov məsələnin dəfələrlə müzakirə olunduğunu deyib: Ceyhun Məmmədov “Bu gün Azərbaycanda həm yas, həm də toy mərasimləri əndazədən çıxıb.
Təəssüf ki, məclislərimizdə israfçılıq baş alıb gedir. Bundan cəmiyyət də əziyyət çəkir.
Düşünürəm, artıq yas və toy tədbirlərində israfçılığa son qoymağın zamanı gəlib. Bu, həm də ictimai sifarişidir.
Tam oxu
Xəbəri oxu