Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Pensiya yaşına çatan şəxslərin əmək bazarında qalması insanlar tərəfindən birmənalı qarşılanmır. Bir çox iş yerlərində 65 yaşdan etibarən pensiyaya çıxmaq zəruri sayılsa da, bəzən müddət şəxsin 70 yaşı tamam olana qədər uzadıla bilir. Gənclər belə halların onların iş tapmasında çətinlik yaratdığını düşünür. Bir çox mütəxəssislər isə yaşlı kadrların gənclərə təcrübə qazandırdığını bildirir.
Məsələ ilə bağlı deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, pensiya yaşına çatmış şəxslərin, eləcə də bəzi hallarda əmək müqaviləsi uzadılan işçilərin müəyyən müddət işdə qalması gənclərə təcrübənin ötürülməsi baxımından olduqca vacib amillərdən biridir:

"Gənc mütəxəssislərin potensialı və yeni texnologiyalara əlçatanlığı yüksək ola bilər. Lakin təcrübə əsas şərtdir və bu, yalnız illər ərzində formalaşır. Universitet və əlavə təhsil bir çox bilikləri versə də, bəzi bacarıqlar yalnız praktik iş fəaliyyəti nəticəsində qazanılır".
Deputat deyib ki, bu səbəbdən yaşlı nəslin nümayəndələrinin müəyyən dövr üçün işdə qalması və topladıqları təcrübəni gənclərə ötürməsi faydalı və zəruri hesab olunur:
"Bu yanaşma gənclərin əmək bazarına çıxışına maneə yaratmır. Əksinə, onların peşəkar formalaşmasına müsbət təsir göstərir. Pensiya yaşına çatmış şəxslərin işdə qalmasının gənclərin işlə təmin olunmasına əngəl olduğu fikri ilə razılaşmaq olmaz".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Məsələ ilə bağlı deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, pensiya yaşına çatmış şəxslərin, eləcə də bəzi hallarda əmək müqaviləsi uzadılan işçilərin müəyyən müddət işdə qalması gənclərə təcrübənin ötürülməsi baxımından olduqca vacib amillərdən biridir: