Yaşlı kişinin mədəsindən 50 ə yaxın metal vint çıxarıldı

23.05.2025

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranda yaşlı kişinin mədəsindən 50-yə yaxın metal vint çıxarılıb.

Bakıvaxtı.az bu barədə İran mediasına istinadla xəbər verir.

Məlumata görə, Kərəc şəhərindəki xəstəxanada həkimlər 60 yaşlı xəstənin mədəsindən 47 ədəd metal vint çıxarıblar.

Bildirilib ki, həkimlər endoskopik üsullarla həzm və tənəffüs orqanlarına zərər vermədən xəstənin mədəsindən vintləri çıxarmağa nail olublar. 

Yaşlı kişinin metal vintləri niyə və necə udması ilə bağlı hələlik heç bir məlumat verilməyib. 

Nuriyyə Musayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью