Yaşlı nəsillərin rəqəmsal boşluq səbəbindən sosial təcrid riski artır SOSİOLOQ RƏY BİLDİRD…
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır. "Müasir dövrdə rəqəmsal texnologiyalar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.
Bank əməliyyatları, dövlət xidmətləri, tibbi qeydiyyat və hətta sosial ünsiyyətin böyük bir qismi onlayn platformalar üzərindən həyata keçir
Lakin bu sürətli rəqəmsallaşma yaşlı nəsillərin bir hissəsini prosesdən kənarda qoyur".
Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, texnologiyadan istifadə bacarığı zəif olan insanlar informasiya axınına qoşula bilmir, gündəlik işlərini görməkdə çətinlik çəkir və nəticədə sosial təcrid riski artır.
Bu vəziyyət onların yalnız texnoloji deyil, həm də emosional baxımdan cəmiyyətdən uzaqlaşmasına səbəb olur: "Rəqəmsal boşluğun yaranmasının əsas səbəblərindən biri texnologiyanın sürətli inkişafıdır.
Gənc nəsil texnologiya ilə böyüyür və yeni tətbiqləri asanlıqla mənimsəyir, lakin yaşlılar ənənəvi ünsiyyət və xidmət formalarına öyrəşdikləri üçün bu dəyişikliyə uyğunlaşmaqda çətinlik çəkirlər.
Onlar üçün texnologiyanın mürəkkəb görünməsi, həm də səhv etmək qorxusu öyrənmə prosesini ləngidir.
Tam oxu
Xəbəri oxu