Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cənubi Afrika Respublikasında 65 yaşlı qadın dənizdə çimərkən akulanın hücumuna məruz qalıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, olay Şərqi Keyp əyalətindəki məşhur Orient çimərliyində yaşanıb.
Budundan və qolundan ağır dişlək yaraları alan qadın sahilə çıxarılarkən qanaxmadan keçinibmiş. Yerli hakimiyyət orqanları hadisədən dərhal sonra Orient və yaxınlıqdakı bir neçə çimərliyi qeyri-müəyyən vaxta qapadıb.
Qeyd edək ki, bu bölgədə akulaların çoxluğu turistlərin böyük marağına səbəb olur. Çimərliklərdə turistlər xüsusi qəfəslərdə suyun dibinə düşərək akulaları canlı izləmək imkanı qazanırlar.
L.Tağıyeva