Yaşlı qadınlar daha çox əkiz uşaq dünyaya gətirir? Ginekoloqdan AÇIQLAMA | Icma.az
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq. Qadın aylarla bətnində uşaq bəsləyib və onu dünyaya gətirə bildiyi üçün bioloji üstünlüyə
Əsasən bir uşaq dünyaya gətirən qadınlar əkiz uşaqlara da həyat verə bilirlər.
Ona görə də əkiz uşaqların doğulması qədimdə möcüzə kimi dəyərləndirilib. Bu gün dünya üzrə doğulan uşaqların 3 faizi əkizdir.
Azərbaycanda da əkiz, hətta üçəm, dördəm uşaqlar dünyaya gəlir və əvvəlki illlərə nisbətən ölkədə əkiz və üçəm, dördəmlərin sayı artıb.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 77172 doğulan körpə qeydə alınıb.
Körpələrdən 2514-ü əkiz, 102-si üçəm və 4-ü isə dördəm doğulub. Bunun bir çox səbəbi var.
Son tədqiqatlara görə, 35 yaşdan yuxarı qadınların əkiz uşaq dünyaya gətirmə ehtimalı daha yüksəkdir.
Çünki araşdırmaya görə, bu yaşda yumurtalıqlardan bir neçə yumurtanın eyni vaxtda sərbəst buraxılma ehtimalının artmasıdır.Bəs əkiz uşaqlar dünyaya gətirmək üçün ideal yaş iddiası doğrudurmu?Mövzu ilə bağlı Bizim.Media-ya danışan ginekoloq Təranə Əzizova hesab edir ki, əksinə 35 və yuxarı qadınların hamiləliyi riskli hamiləlikdir:“Belə yaş həddi yoxdur, 18 yaşda da, 35 yaşda da qadın əkiz uşaqlara hamilə qala bilər.Əslində, 35 yaşdan sonra qadınların hamiləliyi risklidir.
Tam oxu
Xəbəri oxu