Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün kommunal təsərrüfat işçilərinin çoxunun pensiyaçı qadınlar olması məsələsi vaxtaşırı müzakirə mövzusu olur.
Bu sətirlərin müəllifi də məsələni Avtosfer.az saytında dəfələrlə gündəliyə gətirib. Sən demə, bu cür “kadr seçimi” yenilik olmayıb, Sovet ənənəsinin davamıdır.
Təqdim etdiyim fotolar 1960-cı ilin yanvarında Moskvada çəkilib. Fotolardan göründüyü kimi texnika olsa da, əsas yük əllərində kürək olan qadınların üzərinə düşür. Yaşlı qadınlar Rusiyanın dondurucu şaxtasında qarı kürüyərək maşınlara yükləyirlər. Kişilər isə kənarda dayanıb komanda verirlər. Tanış mənzərədir?
Sözümün canı bundan ibarətdir ki, yaşlı, güclə hərəkət edən qadınların küçə işlərinə cəlb edilməsi sovetdən qalmış pis ənənələrdən biridir.
Vüqar
Oxunub 38