Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yaşı 60-ı keçən qadınlara makiyaj zamanı qara tuş əvəzinə qəhvəyi rəngli məhsullardan istifadə etmək tövsiyə olunur. Vizajistlərin fikrincə, bu rəng gözləri daha yumşaq və təbii göstərir, üz cizgilərində kəskin kontrast yaratmır.
Qaynarinfo xəbər verir ki, bu barədə UNIAN nəşri yazıb.
Vizajist Barbi Martos B'yu qeyd edir ki, düzgün seçilmiş kosmetika xarici görünüşün üstünlüklərini ön plana çıxara, üz cizgilərini yumşalda və dəriyə daha təravətli görünüş verə bilər.
Qəhvəyi tuş kirpikləri nəzərəçarpacaq dərəcədə vurğulasa da, qara rəng qədər sərt effekt yaratmır. Bu səbəbdən makiyaj daha zərif və ahəngdar görünür.
Mütəxəssislər qəhvəyi tuşu bej, şampan və açıq qəhvəyi çalarlı göz kölgələri ilə tamamlamağı məsləhət görürlər. Şokolad tonları daha ifadəli görünüş yaradır, açıq qəhvəyi rənglər isə daha təbii nəticə əldə etməyə imkan verir.
Tuşdan düzgün istifadə qaydası
Vizajistlər tuş çəkərkən bir neçə məqama diqqət yetirməyi tövsiyə edirlər:
- Tuşu kirpiklərin dibindən başlayaraq yüngül hərəkətlərlə çəkmək;
- Məhsuldan həddindən artıq istifadə etməmək;
- Əsas diqqəti üst kirpiklərə yönəltmək;
- Alt kirpiklərə isə çox az miqdarda tuş vurmaq.
Mütəxəssislərin fikrincə, 60 yaşdan sonra parlaq makiyajdan tamamilə imtina etmək vacib deyil. Əsas məsələ kosmetik vasitələrin çalarını düzgün seçmək və onları bir-biri ilə uyğunlaşdırmaqdır.
Aydın