525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Honkonqda 75 yaşlı sürücü idarə etdiyi avtomobili səkidə dayananların üzərinə sürüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında Kolun-Bey rayonunda, ticarət mərkəzi yaxınlığında baş verib.
Nəticədə 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri ilə xəstəxanaya yerləşdirilib. Bundan başqa onun 72 yaşlı həyat yoldaşı da təhlükəsizlik kəmərini bağlamadığı üçün avtomobildən kənara düşüb. Qadına kəllə-beyin travması və qabırğaların sınığı diaqnozu qoyulub.
Qeyd edək ki, həbs olunan sürücü əməlinə səbəb kimi pedalları səhv saldığını göstərib.
L.Tağıyeva