Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pomidor şirəsi susuzluğu yatırtmaqla, həm də qidalı, xoşagələn içkidir.
Bir stəkan pomidor şirəsi insanın gündəlik A və C vitamininə olan tələ- batını ödəyir.
Təzə pomidor və onun şirəsi avitaminozun profilaktikası üçün çox yaxşı vasitə hesab olunur.
Bundan başqa, pomidor şirəsi mədədə şirəqovucu təsirə də malik olduğundan qida həzmini də yaxşılaşdırır.
Konservləşdirilmiş şirə də təzə pomidor kimi bioloji fəallığa malikdir.
Son dövrlərə qədər belə hesab olunurdu ki, pomidorda turşəng (quzuqulağı) turşusu çoxdur və bu, orqanizmdə duz mübadiləsinə mənfi təsir göstərir.
Ona görə pomidoru yaşlıların və qocaların qidasından çıxarmağı məsləhət görürdülər. Lakin bu fikir tamamilə səhvdir.