Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
Moldova 35 illik müstəqillik dövründə hələ də dövlətin təqaüdçülərə əvvəlki əmək haqqının ən azı 40%-i qədər gəlir təmin etməsini tələb edən beynəlxalq konvensiyanı imzalamayıb. Bunu iqtisadçı analitik Veaceslav İoniță ölkənin özəl televiziya kanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, əksər ölkələr o cümlədən sənədi Rumıniya və Rusiya imzalayıb, lakin biz imzalamadıq: “Ödəyə bilmədiyimiz üçün yox, öhdəlikləri götürməkdən qorxduğumuz üçün”. Onun szölərinə görə on illiklər ərzində heç bir Moldova hökumətinin belə bir addım atmağa cəsarət etməyib: “Aİ-də olub eyni zamanda yaşlıları lağa qoymaq olmaz. Aİ, ilk növbədə, insan ləyaqətinə hörmətdir".
Veaceslav İoniță xatırladıb ki, 50-dən çox ölkə artıq müvafiq beynəlxalq konvensiyanı imzalayıb, Moldova isə bu qərarı təxirə salmağa davam edir.
İlham