Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır. Ölkə Prezidenti Cənab İlham Əliyevin cari ili "Yaşıl dünya naminə həmrəylik ili" ela
Sumqayıt Bələdiyyəsi də görülən bu işlərə öz töhfəsini yaxından göstərir. Bu barədə APA-ya bələdiyyədən verilən məlumatda deyilib.
Bildirilib ki, il ərzində şəhər ərazisində 300 mindən artıq ağac və gül kollarının əkilməsi nəzərdə tutulub ki, bu rəqəmin böyük qismi uğurla yerinə yetirilib: “Sumqayıt Bələdiyyəsi tərəfindən bu məqsədlə şəhərin "Yaşma bağları" ərazisində abadlıq və quruculuq işləri görülüb.
Belə ki, adıçəkilən ərazinin Bakı - Quba yolundan keçən hissəsində uzunluğu 8 km olan səs izolyasiyalı divar sədd çəkilərək abadlaşdırılıb.
Bundan əlavə ərazidə minlərlə ağac və gül kolları əkilib, ərazi məişət tullantılarından təmizlənib”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.