Yassin Benzia 5 oyunluq diskvalifikasiya olunub

03.06.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Qarabağ”ın futbolçusu Yassin Benzia cəzalanıb.

İdman.biz xəbər verir ki, buna Azərbaycan kubokunun finalında “Sabah”la oyunda baş verənlər səbəb olub.

Matçın 120-ci dəqiqəsində əlcəzairli futbolçu hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra onlara fiziki təzyiq göstərməyə cəhd etdiyi üçün 5 oyunluq diskvalifikasiya olunub. Həmçinin “Qarabağ” 3000 manat cərimə edilib.

Qeyd edək ki, görüş “Sabah”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью