Yassin Benzia Juninyoya rəqib olur

25.05.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ"ın futbolçusu Yassin Benzia sabiq komanda yoldaşı Olavio Juninyoya rəqib ola bilər. Sport24.az "Lance.com" nəşrinə istinadən xəbər verir ki, bu, yarımmüdafiəçinin Tunis təmsilçisi "Esperance"yə keçəcəyi təqdirdə mümkün olacaq. 

Hazırda əlcəzairçi oyunçu bu klubla danışıq aparır. 

"Esperance" yayda ABŞ-da keçiriləcək klublararası dünya çempionatının D qrupunda yer alacaq. Həmin qrupda "Qarabağ"ın sabiq hücumçusu Olavio Juninyonun çıxış etdiyi Braziliya təmsilçisi "Flamenqo", İngiltərənin "Çelsi" və Meksikanın "Leon" kollektivləri də var.

Qeyd edək ki, Yassin Benzianın "Qarabağ"la müqaviləsi mövsümün sonunda bitir. Tərəflər hələlik yeni sözləşmə ilə bağlı razılıq əldə etməyiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью