Yassin Benzia: Qarabağın adı xüsusi mahiyyət daşıyır

27.11.2024

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağ"ın futbolçusu Yassin Benzia UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda "Lion"la (Fransa) keçiriləcək oyundan əvvəl mətbuat konfransında iştirak edib.

Apasport.az xəbər verir ki, futbolçu öncə oyun barəsində fikirlərini bildirib, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb: 

"Əvvəllər oynadığım "Liona"a qarşı maraqlı olacaq. İndi isə "Qarabağ"ın üzvüyəm. Mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çox vacib oyundur".

- Əvvəl oynadığınız "Lion"la indiki arasında hansı fərqlər var? Sizcə, hansı komanda daha güclüdür?
- Çox böyük fərq var. Klub prezidentləri də dəyişib. Mən oynadığım zaman yüksək performans göstərirdik. Ancaq indiki "Lion" da çox yüksək səviyyəli komandadır.

- "Qarabağ"da oynamaq sizə hansı üstünlüklər verib?
- Bizim üçün "Qarabağ" sözünün mənası xüsusi əhəmiyyət daşıyır. Bu klubun formasını geyinmək, şərəfini qorumağa çalışırıq.

- Xüsusi deyəndə, nəyi nəzərdə tutursuz? Burada gördüyünüz yeniliklər haqda nə deyə bilərsiz?
-
Biz hansısa kəşfiyyat məlumatları ilə məşğul deyilik. Baş məşqçimiz çox güclüdür. Mən xüsusi deyəndə müharibəyə görə "Qarabağ"ın Bakıda yerləşməsini nəzərdə tuturam. 

- "Lion"a qarşı oynayacaqsız.. Necə hissdir? 
- Ən yaxşı şəkildə hazırlaşmışıq. "Qarabağ"ın adı xüsusi mahiyyət daşıyır deyə, sona qədər mübarizə aparacağıq. "Lion"u tərk etdikdən sonra sabiq komandama qarşı 3-4 dəfə çıxış etmişəm. 

De Bleker “Şamaxı”nın futbolçuları ilə görüşüb "Sabah" - "Səbail" matçının biletləri satışda "Kür-Araz"dan darmadağın, Şamaxıda 5 qol Yassin Benzia: “Hər zaman “Lion”a minnətdar olacam” Vasili Berezutski: “Sahib olduğum keyfiyyətləri həyata keçirməyə çalışacam”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью