Yassin Benzia: Sabah meydanda Qarabağın adı üçün döyüşəcəyik AZƏRTAC

27.11.2024

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 27 noyabr, AZƏRTAC

"Sabah sabiq komandama qarşı oynayacağam. Bu matçın mənim üçün xüsusi əhəmiyyəti var".

AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Yassin Benzia UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın "Lion" klubuna qarşı keçirəcəkləri V tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, Fransa təmsilçisinin oyun üslubunun illər ərzində dəyişdiyini bildirib: "Mən oynadığım dövrdə komanda daha yüksək performans nümayiş etdirirdi. İndi isə fərqlidir. Rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmaq istəyirik".

Mərakeşli yarımmüdafiəçi "Qarabağ" kimi şərəfli klubun formasını geyindiyi üçün xoşbəxt olduğunu bildirib: "Həqiqətən də "Qarabağ" böyük komandadır. Buna görə də meydanda maksimum şəkildə gücümüzü göstərəcəyik. Müəyyən səbəblərdən komanda Bakıda məskunlaşıb. Sabah meydanda bu ad üçün döyüşəcəyik".

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью