Yassin Benziya: Keçmiş klubuma qarşı matç mənim üçün çox maraqlı olacaq

27.11.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Mən oynadığım zamanda da yaxşı performans göstərirdilər".

Oxu.Az verir ki, bunu "Qarabağ"ın futbolçusu Yassin Benzia UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda "Lion"la (Fransa) oyundan əvvəl keçirilən mətbuat konfransında bildirib.

30 yaşlı yarımmüdafiəçi qarşılaşmanın onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

"Lion"da çox böyük fərq var. Mən oynadığım zamanda da yaxşı performans göstərirdilər. İndi də yüksəksəviyyəli kollektiv var".

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.

Benzia 2011-2015-ci illər aralığında "Lion"un formasını geyinib.

Anar Həsənov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью