Yassin Bunu Afrikada ilin qapıçısı seçildi

20.11.2025

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Əl-Hilal" və Mərakeş millisinin qapıçısı Yassin Bunu Afrikada 2025-ci ilin ən yaxşı qapıçısı seçilib. Sport24.az xəbər verir ki, karyerasında ikinci dəfə bu mükafatı qazanır.  İilk dəfə 2023-cü ildə bu ada layiq görülüb. 

Bu mövsüm Bunu bütün yarışlarda 19 oyun keçirib və 19 qol buraxıb. 8 matçda isə qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, PSJ-nin mərakeşli müdafiəçisi Əşrəf Hakimi ilin ən yaxşı afrikalı oyunçusu, "Uotford"un mərakeşli cinah oyunçusu Osman Maamma isə ilin ən yaxşı gənc oyunçusu seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью