Yastıqsız yatmaq niyə ziyandır? ARAŞDIRMA

29.01.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yastıqsız yatmaq qlaukomanın inkişafını ləngidə bilər.

Redaktor.az bu barədə "British Journal of Ophthalmology" jurnalının araşdırmasına istinadla xəbər verir.

Tədqiqatçılar müəyyən ediblər ki, yastıqsız yatmaq göz içi təzyiqini azaldır bu, görmə sinirinin zədələnməsi və geri dönməyən görmə itkisi riskini müəyyən edən əsas amildir.

Araşdırmaya qlaukomadan əziyyət çəkən 144 nəfər iştirak edib. İştirakçılar iki qrupa bölünüb: biri adi yastıqlarla (başın 20-35 dərəcə qaldırıldığı) yatıb, digəri isə yastıqsız yatıb. Tədqiqat zamanı göz içi təzyiqi ölçülüb və başın qaldırıldığı vəziyyətdə təzyiqin əhəmiyyətli dərəcədə artdığı, yastıqsız vəziyyətdə isə daha aşağı qaldığı müşahidə olunub.

Alimlər bildirirlər ki, yüksək yastıq boyun mövqeyini dəyişir və jugulyar venaya təzyiq göstərə bilər. Bu isə göz içi mayesinin axınını çətinləşdirir və təzyiqin yüksəlməsinə səbəb olur. Həmçinin başın qaldırıldığı vəziyyətdə göz perfuziya təzyiqi azalır ki, bu da qlaukomada arzuolunmaz hesab olunur.

Müəlliflər qeyd edirlər ki, gecə göz içi təzyiqini nəzarətdə saxlamaq üçün ənənəvi üsullar dərman dozasını artırmaq və ya lazer terapiyasıdır. Bu fonunda yastıqdan imtina sadə, dərmansız tədbir kimi erkən mərhələdə və ya müalicəyə əlavə olaraq istifadə oluna bilər.

Qlaukomanın 60 yaşdan yuxarı insanlarda korluğun əsas səbəblərindən biri olduğu bildirilir. Tədqiqatçılar hesab edirlər ki, yuxu mövqeyinin düzəldilməsi göz içi təzyiqinin uzunmüddətli nəzarətində əlçatan və effektiv üsul ola bilər.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью