Yatanda belə sərvət qazanacaq

18.01.2025

Icma.az bildirir, News24 portalına istinadən.

"Əl-Nassr" klubu ilə yeni bir illik müqavilə imzalamağa hazırlaşan Kriştianu Ronaldonun əldə edəcəyi məbləğ bəlli olub.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, ulduz futbolçunun gündəlik qazancı 543 min funt sterlinq (1 milyon 128 min AZN) olacaq. Digər tərəfdən gündə 8 saat yatdığını bildirən Ronaldo yatarkən belə onun bank hesabına 181 min funt-sterlinq (376 min AZN) yatırılacaq.

Ronaldo hazırkı müqaviləsindən ildə 200 milyon avro qazanır.

Məlumata görə, futbolçu bir illik yeni müqaviləsinə görə 148 milyon funt sterlinq (308 milyon manat), qeyri-futbol fəaliyyətindən isə 49 milyon funt-sterlinq (101 milyon 778 min  manat) qazanacaq.

Portuqaliyalı ulduz oyunçunun hesabına hər dəqiqə 377 funt sterlinq  (783 AZN) əlavə edilir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью