Yataqxana binasında yanğın söndürülüb

18.11.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatı nazirliyin mətbuat xidməti yayıb. 

Məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. FHN qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 840 kvm olan ikimərtəbəli yataqxana binasında baş vermiş yanğın genişlənərək digər mərtəbəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 420 kvm sahədə, bir otağın yanar konstruksiyaları 65 kvm, digəri isə 10 kvm sahədə və binanın dəhlizi 6 kvm sahədə yanıb.

Xəsarət alan olmayıb.

Yataqxana binasının birinci mərtəbəsi, həmçinin ikinci mərtəbədə yerləşən digər otaqlar yanğından mühafizə olunub.

P.ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью