Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Günorta yuxusu ürək xəstəlikləri riskini üçdə bir azaldır.
Ölkə.az xəbər verir ki, "National Geographic" nəşrinin elmi əməkdaşı Den Büttner ömrün uzadılmasının ən xoş yollarından biri haqqında danışıb.
Uzunömürlü insanların həyat tərzini araşdıran alim bildirib ki, insanların tez-tez 100 yaşına qədər yaşadığı Yunanıstanda nahardan sonra yatmaq adət halını alıb.
“Ömrü uzatmağın ən yaxşı üsulları həyat keyfiyyətini yaxşılaşdıran və insana həqiqi zövq verən üsullardır. Günorta yuxusu da onlardan biridir”, – deyə Büttner vurğulayıb.
Tədqiqatçı qeyd edib ki, bu üsulun effektivliyi elmi araşdırmalarla sübut olunub. Onun sözlərinə görə, həkimlər müşahidə ediblər ki, həftədə beş dəfə 20 dəqiqəlik günorta yuxusu ürək xəstəlikləri riskini üçdə bir azaldır.
Həmidə İbrahimova