Yatıb ayılmayan qızı belə xilas etdilər

22.04.2025

Icma.az xəbər verir, Medicina saytına əsaslanaraq.


Rusiyanın Moskva vilayətində həkimlər bir neçə gün yuxuda olan yeniyetmə qızı xilas ediblər.

"Medicina" xəbər verir ki, 1 sutkadır ayılmayan qızı oyada bilməyən valideynlər təcili yardım çağırıb.

Həkimlər nə zəhərlənmə, nə də beyin zədəsi aşkar olunub. Bir neçə gün ərzində həkimlər mərkəzi sinir sistemini stimullaşdırmağa yönəlmiş terapiya aparıblar. 2 sutkadan sonra qız ayılıb.

Məktəbdəki stres və şəxsi problemlər səbəbindən yeniyetmənin səhhəti pisləşib. Psixiatlar bunu hipersomniya adlandırıb.

Aygün M


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью