“Yatmış gözəl” nağılının filmi çəkiləcək

29.09.2026

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Disney" studiyası öz klassik animasiya filmlərini canlı aktyorların iştirakı ilə yenidən çəkmək strategiyasını davam etdirir.
Kulis.az xəbər verir ki, "Predator: Prey" filmi ilə böyük uğur qazanan rejissor Dan Traxtenberq "Yatmış gözəl" nağılının modern və fərqli versiyasını təqdim etməyə hazırlaşır.
Məlumata görə, yeni layihə 1959-cu ilin animasiya filminin təkrarı olmayacaq və Ancelina Colinin baş rolda oynadığı "Maleficent" filmləri ilə əlaqə daşımayacaq.
Postmodern nağıl konseptində hazırlanacaq filmin ssenarisi Reyna Makklendon, Aleks Anfanger və Den Şimpf tərəfindən qələmə alınacaq.
Qeyd edək ki, ekran əsərində mübariz və güclü qadın xarakterinin ön plana çıxarılacağı gözlənilir.

Tramp müğənni ilə fotolarını paylaşdı - Tənqid olundu "Buker" mükafatının uzun siyahısı açıqlandı Troya sərgisi rekord qırdı – Türkiyə və İtaliya əməkdaşlığı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью