“Yavaş yavaş hər şey öz yerini tapır”

17.01.2025

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin cüdoçusu Yaşar Nəcəfovun (66 kq) son durmuna aydınlıq gəlib. Bu barədə SİA-ya idmançının özü məlumat verib.

Nəcəfov bildirib ki, hazırda özünü yaxşı hiss edir: “Artıq məşqlərə geri dönmüşəm. Hazırlıqlar çox yaxşı şəkildə davam edir. Çiynimdən əməliyyat olduğum müddətdə məşqlərdə uzaq idim amma indi yavaş-yavaş hər şey öz yerini tapır. Təlim-məşq toplanşlarında da həmişə ki kimi yaxşı və güclü formada olmaq üçün əlimizdən gələni edirik”.
O, qarşıda iştirak edəcəyi yarışlar barədə də danışıb: “ Hələ ki, hansı yarışlarda iştirak ed\c\yimlə bnağlı dəqiq bir məlumatım yoxdur. Amma tezliklə böyük yarışlara qatılacağımı düşünürəm”.

Onun sözlərinə görə, 2025-də əsas hədəfi şanslarından yaxşı şəkildə istifadə edib, yüksək nəticə qazanmaqdır: “Bunun üçündə əlimdən gələni etməyə hazıram”.

Qeyd edək ki, Yaşar Nəcəfov Paris-2024 Yay Olimpiya Oyunılarına hazırlıq dönəmində zədə alıb. İdmançı labrum yırtığı səbəbi ilə əməliyyat olunub.

Banuçiçək Hüseynli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью