Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
“Özbəkistan öz tarixinin daha məsuliyyətli və həlledici mərhələsindədir. Yaxın 10 il ərzində ölkənin milli yüksəliş dövrü olacaq və Özbəkistan tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyacaq”.
525.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin Müstəqilliyinin 35 illiyinə həsr olunmuş təntənəli tədbirdə bildirib.
Onun sözlərinə görə, bu yüksəlişə xalqın intellektual potensialı, əməyi və birliyi sayəsində nail olmaq mümkün olacaq:
“Bu məqsədlə qarşıdakı illərdə insan ləyaqətinin daha da yüksəldilməsinə yönəlmiş 7 milli proqram həyata keçiriləcək. Onlardan birincisi vətəndaşların bilik və ixtisaslarının gələcək inkişafın əsas kapitalına çevirməyə yönəldiləcək. Bununla əlaqədar ən qısa müddətdə altı yaşlı uşaqların hazırlıq qrupları ilə əhatə olunması 100 faizə çatdırılacaq. Həmçinin özəl uşaq bağçalarının yaradılması üçün mövcud güzəştlər də qorunub saxlanılacaq”.
Prezident deyib ki, Özbəkistanda yoxsulluq səviyyəsi 2017-ci ildəki 35 faizdən 4 faizə enib. Həyata keçirilən siyasət nəticəsində təxminən 10 milyon insanın yaşayış şəraiti yaxşılaşıb. Ehtiyacı olan ailələrə dəstək məqsədilə gəlirlər, məşğulluq, sağlamlıq, uşaqların təhsili və mənzil şəraiti məsələlərini əhatə edən sistemi tətbiq edilib.
Prezident, həmçinin bildirib ki, 650 mindən çox ailə müasir mənzillə təmin olunub:
“Son on il ərzində məktəbəqədər təhsillə əhatə səviyyəsi 78 faizə çatıb, məktəblərdə isə əlavə olaraq 1,5 milyon şagird yeri yaradılıb. Ali məktəblərdə tələbələrin sayı 1,6 milyon nəfərə yüksəlib və onların yarıdan çoxunu qızlar təşkil edir”.
Mirziyoyev səhiyyə sahəsindəki göstəriciləri də açıqlayıb. Onun sözlərinə görə, son illərdə səhiyyə sektorunun maliyyələşdirilməsi 8 dəfədən çox artırılıb, ölkədə 652 yeni tibb müəssisəsi inşa edilib, tibbi xidmətlərin həcmi isə 3 dəfə artıb.
Prezidentin qeyd edib ki, orta ömür uzunluğu 1991-ci ildəki 66,4 ildən 2025-ci ildə 75,4 ilə yüksəlib, ana və körpə ölümü göstəriciləri isə 4 dəfə azalıb.
Pərvanə Sultanova