Yaxın 5 ildə bu addım atılmasa, faciə yaşanacaq KONKRET

10.10.2025

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Planetdə avtomobillərin sayı inanılmaz sürətlə artır.

KONKRET.az xəbər verir ki, bu barədə Çində nəşr olunan elmi jurnallardan biri məlumat yayıb.

Həmin xəbərlərə görə, artıq hər il təxminən 60 milyon yeni avtomobil istehsal olunur. Bu, gündə 165.000 avtomobil və ya dəqiqədə 115 avtomobil deməkdir.

Mütəxəssislər bildirir ki, əgər nəqliyyatda dron sistemli uçan maşınlara keçilməsə, yaxın 5 ildə yollarda tıxaclar faciəvi vəziyyətə gəlib çıxacaq.

Qeyd edək ki, Çində uçan maşınların istifadəsi ilə bağlı son tamamlama işləri gedir. Bu ritmlə yəqin ki, yaxın 2-3 il ərzində Pekinin və digər böyük şəhərlərin səmasında uçan avtomobillərə rast gəlinəcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью